Yuxarı
    Bağlamaq

    “Report” İnformasiya Agentliyi Formula 1-i yaxşı işıqlandırdığına görə diploma layiq görülüb

    Mükafat Azad Rəhimovun adından təqdim olunub

    Bakı. 29 iyun. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Report” İnformasiya Agentliyini diplom və xatirə hədiyyəsi ilə mükafatlandırıb.

    Mükafatlar agentliyin Bakıda ilk dəfə keçirilmiş Formula 1 üzrə Avropa Qran Prisindəki məhsuldar fəaliyyəti ilə əlaqədar təqdim olunub.  

    BŞH sədri, gənclər və idman naziri Azad Rəhimovun imzaladığı diplomda “Report”un Avropa Qran Prisi barədə ictimaiyyət arasında məlumatlılığın artırılmasında və yarışla əlaqədar görülən işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında böyük xidmət göstərdiyi vurğulanıb. 

    Xatırladaq ki, “Report” İA Azərbaycanda ilk dəfə keçirilmiş Qran Priyə hazırlıq, Bakı Şəhər Halqası və yürüş iştirakçıları barədə foto və reportajlar, müsahibələr, tədbirlərdən yazılar, bu il iyunun 17-19-da keçirilmiş yarışdan operativ və dolğun xəbərləri ictimaiyyətə çatdırıb. Dünyanın aparıcı nəşrləri Azərbaycan, rus və ingiliscə təqdim olunan xəbərləri “Report”a istinadla yayımlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi