"Report" "İlin informasiya agentliyi" seçilib

"Report" "İlin informasiya agentliyi" seçilib Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Navigator.az regional biznes portalı “Navigator Business Award” mükafatının qaliblərini açıqlayıb.
Media
14 Mart , 2019 16:57
Report İlin informasiya agentliyi seçilib

Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Navigator.az regional biznes portalı “Navigator Business Award” mükafatının qaliblərini açıqlayıb. 

Qaliblərin arasında "Report" İnformasiya Agentliyi də var. 

Media qurumu "İlin informasiya agentliyi" seçilib. 

Qeyd edək ki, “Navigator Business Award” mükafatı Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən 26 mindən çox şirkəti əhatə edir. Mükafat ötən il ərzində əhəmiyyətli uğurlar qazanan şirkətlərə və iş adamlarına, reklam və PR sahəsində fəal olanlara, hiss olunacaq sosial aktivlik nümayiş etdirənlərə, səhifələri "Navigator.az" şirkətlər üzrə məlumat kitabçasında ən çox daxilolma göstəricisinə malik olanlara, eləcə də adları daha çox axtarışa verilən şirkətlərə təqdim olunur. Yekun qərarlar ötən ilin noyabr ayından etibarən portalın müştəriləri və istifadəçiləri arasında sorğu keçirən "Navigator"un marketinq və kontent (məzmun) şöbələrinin rəhbərlərinin və əməkdaşlarının daxil olduğu ekspert şurası tərəfindən, eləcə də iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən mütəxəssislərin rəyləri əsasında qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi