Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın "Region" Televiziyasında yayımlanan "MediaLayn" verilişinin sonuncu buraxılışı Report İnformasiya Agentliyinə (Report.az) həsr edilib.
Verilişdə saytın kollektivinin iş şəraiti, gündəlik fəaliyyəti ilə bağlı məlumatlar verilib, həmçinin bir sıra əməkdaşları ilə müsahibələr yer alıb.
Qeyd edək ki, Region TV-nin "MediaLayn" layihəsi internet resurslarının inkişaf dinamikasını təqdim edən bir proqramdır.
Həmin proqramı olduğu kimi diqqətinizə təqdim edirik.