MTRŞ: Region kanallarında baş verən anlaşılmazlıqlar qısa zamanda aradan qaldırılır

MTRŞ: Region kanallarında baş verən anlaşılmazlıqlar qısa zamanda aradan qaldırılır "Bəzi region kanallarında falçıların efirə çıxarılması ilə bağlı bizə daxil olan məlumatlar araşdırılır"
Media
6 Noyabr , 2015 17:04
MTRŞ: Region kanallarında baş verən anlaşılmazlıqlar qısa zamanda aradan qaldırılır

Bakı. 6 noyabr. REPORT.AZ/ "Azərbaycanın region telekanallarının bölgələrin tarixi ilə bağlı maraqlı verilişlər hazırlamaları müsbət hal kimi qiymətləndirilir".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, region kanallarında şou verilişlərinə çox meyl yoxdur: "Region kanalları yerləşdikləri bölgənin, eləcə də ətraf bölgələrin tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı maraqlı verilişlər hazırlayır. Region televiziyalarında maarifçilik missiyası daşıyan proqramlara daha çox yer verilir. Şouya meyl çox deyil. Bu kanallarda reklam və sponsor məsələləri ilə bağlı problemlər yaşanmır".

T.Dadaşov əlavə edib ki, MTRŞ tərəfindən daim region telekanallarının monitorinqi aparılır. Onun sözlərinə görə, müəyyən anlaşılmazlıqlar da olur ki, Şuranın tövsiyələri ilə qısa zamanda aradan qaldırılır: "Bəzi region kanallarında falçıların efirə çıxarılması ilə bağlı bizə daxil olan məlumatlar araşdırılır".

Şöbə müdiri region kanallarının keyfiyyətli maddi-texniki bazaya sahib olduqlarını da vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi