​Rauf Arifoğlunun 50 illik yubileyi qeyd edilib - FOTO

​Rauf Arifoğlunun 50 illik yubileyi qeyd edilib - FOTO Mərasimdə çıxış edənlər baş redaktorla bağlı fikirlərini bölüşüblər
Media
24 İyul , 2016 21:47
​Rauf Arifoğlunun 50 illik yubileyi qeyd edilib - FOTO

Bakı. 24 iyul.REPORT.AZ/ "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun 50 illik yubileyi qeyd olunub.

"Report"un xəbərinə görə, mərasimdə deputatlar, siyasətçilər, media nümayəndələri iştirak edib.

Əvvəlcə R.Arifoğlunun həyatına həsr olunmuş film nümayiş olunub.

Daha sonra mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Rauf Arifoğlu ömrünün çox hissəsi jurnalistikaya həsr edib: "İstər siyasət, istərsə də jurnalistika sahəsində həmişə öndə olub. O, çox etibarlı insandır, başadüşəndir, dəyərləndirəndir. Rauf Arifoğluna uzun ömür, can sağlığı arzu edirəm".

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Kaya Rauf Arifoğlunu ən yaxşı dost adlandırıb. O, R.Arifoğlu ilə tanışlığından bəhs edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə də R.Arifoğlu ilə bağlı xatirələrini bölüşüb.

Digər tədbir iştirakçıları da Rauf Arifoğlu ilə bağlı fikirlərini bildiriblər, onu doğum günü münasibətilə təbrik ediblər.

Son xəbərlər

Orphus sistemi