Quterriş: "10 il ərzində dünyada 930 jurnalist qətlə yetirilib"

Quterriş: "10 il ərzində dünyada 930 jurnalist qətlə yetirilib" "Jurnalistlərə qarşı cinayətlər tez-tez cəzasız qalır"
Media
3 Noyabr , 2017 00:01
Quterriş: 10 il ərzində dünyada 930 jurnalist qətlə yetirilib
Antoniu Quterreş

Bakı. 3 noyabr. REPORT.AZ/ 2006-cı ildən 2017-ci ilə qədər dünyada 930-a yaxın jurnalist öldürülüb, minlərlə başqası zorakılıq və təzyiqlərə məruz qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı BMT-nin baş katibi Antoniu Quterriş jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması Beynəlxalq günü münasibəti ilə bağlı müraciətində deyib.

"2006-cı ildən 2016-cı ilədək 930 jurnalist və mətbuat işçisi öldürülüb. Minlərlə başqası müntəzəm olaraq cinsi zorakılığa, təzyiqlərə, saxlanılma və sərt davranışa məruz qalır", - deyə Quterriş bildirib.

Onun sözlərinə görə, jurnalistlərə qarşı törədilmiş cinayətlər çox vaxt cəzasız qalır.

"10 hadisədən 9-da təqsirli şəxslər məsuliyyətə cəlb olunmur", - deyə baş katib əlavə edib.

Son xəbərlər

Orphus sistemi