Yuxarı

Qurban Yetirmişli: "Təcrübəli jurnalistə ehtiyacımız var"

Vüsalə Rafiqqızı başqa müəssisədə işə düzəlsə də, bizim mərkəzdə yarımştat olaraq işləyir

Bakı. 12 dekabr. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə hələlik heç bir təyinat olmayıb. Mətbuat xidmətinin əvvəlki rəhbəri Vüsalə Rafiqqızı mərkəzdə yarımştat olaraq çalışır və hazırda bütün işləri də məhz o, həyata keçirir". Bunu "Report"a Mərkəzin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Vüsalə Rafiqqızı digər qurumda işə düzəlsə də, Respublika Seysmoloji Xidmət Mərkəzində yarımştat işləyir: "Onun yerinə münasib birini tapa bilməmişik. Bu səbəbdən hazırda bütün işləri özü görür. Məlumatlar ona göndərilir və o, xəbərləri Mərkəzin rəsmi səhifəsinə yükləyir. Hazırda aktiv və təcrübəli jurnalistə ehtiyacımız var. Hətta Vüsalənin özü də bu axtarışda bizə kömək edir. Tapan kimi ştata yeni işçi götürüləcək".

Xatırladaq ki, bir müddət əvvəl Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi