​Qulu Məhərrəmlinin məhkəməsində Arif Alışanovun vəsatəti təmin edilib

​Qulu Məhərrəmlinin məhkəməsində Arif Alışanovun vəsatəti təmin edilib Məhkəmənin baxış iclası keçirilib
Media
15 Aprel , 2016 15:05
​Qulu Məhərrəmlinin məhkəməsində Arif Alışanovun vəsatəti təmin edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Yasamal Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə A.Alışanovun nümayəndəsi vəsatətlə çıxış edib.

O, Q.Məhərrəmlinin mətbuata verdiyi müsahibə ilə bağlı linqivistik ekspertizanın keçirilməsini istəyib.

Q.Məhərrəmlinin müdafiəçisi Cavid Rzazadə çıxışında vəsatətin baxılmamış saxlanılmasını xahiş edib.

Q.Məhərrəmli isə çıxış edərək bildirib ki, linqivistik ekspertizaya ehtiyac yoxdur. O, A.Alışanova böhtan atmadığını deyib.

Məhkəmə müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakim A.Tağıyev vəsatəti təmin edib.

Bununla da iclas başa çatıb.

Məhkəmənin növbəti iclasının vaxtı hələ müəyyənləşməyib.

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Hazırda işə Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə baxılır. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Son xəbərlər

Orphus sistemi