QMİ sədri: “Bakı İslam Universitetində jurnalistika ixtisası açmaq istəyirik”

QMİ sədri: “Bakı İslam Universitetində jurnalistika ixtisası açmaq istəyirik” Allahşükür Paşazadə: “Bunun üçün təklifləri öyrənmək niyyətimiz var”
Media
8 Dekabr , 2016 15:22
QMİ sədri: “Bakı İslam Universitetində jurnalistika ixtisası açmaq istəyirik”

Bakı. 8 dekabr. REPORT.AZ/ “Bakı İslam Universitetinin nəzdində jurnalistika ixtisası açmaq istəyirik”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə QMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün təşkil olunan “Milli-mənəvi dəyərlər və Kütləvi İnformasiya Vasitələri” adlı iki həftəlik seminarın yekun tədbirində deyib.

QMİ sədri bildirib ki, uzun müddətdir bununla bağlı layihə üzərində işləyirlər: “BİU-də jurnalistika ixtisasını açmaq istəyirik. Çoxdandır belə bir fikirimiz var. Bunun üçün təklifləri öyrənmək niyyətimiz var”. 

Son xəbərlər

Orphus sistemi