QMİ dini mövzuda yazan jurnalistlər üçün kurs təşkil edəcək

QMİ dini mövzuda yazan jurnalistlər üçün kurs təşkil edəcək Allahşükür Paşazadə ölkədə dini televiziya və radionun açılmasını istəyir
Media
27 Sentyabr , 2016 11:43
QMİ dini mövzuda yazan jurnalistlər üçün kurs təşkil edəcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən dini mövzuda yazan jurnalistlər üçün xüsusu təkmilləşdirmə kursları təşkil olunacaq.

"Report"un xəbərinə görə, bu barədə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə məlumat verib.

O bildirib ki, bəzən jurnalistlər dini mövzuda yazanda yanlış fikirlərə yol verirlər: "Jurnalistlər üçün yaradılacaq kursda dini mövzuda biliklər öyrədiləcək, dövlət-din münasibətlərinin qurulması işində yardımçı ola bilmələri üçün biliklər veriləcək".

O, dövlət başçısı ilə görüşündə ölkədə dini televiziya və radionun açılması üçün xahiş etdiyini bildirib. QMİ sədrinin sözlərinə görə, buna böyük ehtiyac var.

Son xəbərlər

Orphus sistemi