QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırıb Azay Quliyev: "Hazırda Azərbaycanda söz və fikir azadlığı mövcuddur"
Media
16 İyul , 2015 13:21
QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırıb

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuatın 140 illik yubileyi münasibətilə ilə “Milli Mətbuat-140” adlı tədbir keçirib.

“Report”un məlumatına görə, tədbirdə şuranın nümayəndələri ilə birgə KİV təmsilçiləri də iştirak edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib ki, Azərbaycan mətbuatının keçdiyi 140 illik yol az müddət deyil.

O bildirib ki, bu müddət ərzində mətbuat şərəfli bir mərhələ yaşayıb: ""Əkinçi" qəzetinin rolunu yüksək qiymətləndiririk. Həsən bəy Zərdabinin gördüyü işləri xüsusi vurğulamaq lazımdır. Mətbuat 140 il ərzində dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynayıb. Azərbaycan müstəqil olduqdan sonra mətbuatın imkanları genişləndi. 1998-ci ildə senzura ləğv edildi. Bu da mətbuatın inkişafında mühüm rol oynadı. Jurnalistlər Mətbuat Şurasını yaratdılar. Hesab edirəm ki, bu qurum öz işini layiqincə yerinə yetirir. Ölkədə mətbuata diqqət və qayğı yüksək səviyyədədir. 2007-ci il KİV-ə Dəstək Konsepsiyası təsdiqləndi. 2009-cu ildə isə Prezident yanında Kütləvi İnformasiya Vastilərinə Dəstək Fondu yaradıldı. Bütün bunlar ölkədə jurnalistlərin fəaliyyətinə verilən dəyərin nəticəsidir. Azərbaycan dünyada az ölkələrdəndir ki, burada jurnalistlər mənzillə təmin edilir".

A.Quliyev qeyd edib ki, hazırda Azərbaycanda söz və fikir azadlığı mövcuddur.

Sonda jurnalistlərə müxtəlif mükafatlar təqdim olunub, onlara hədiyyələr verilib.

Mükafatlandırılanlar arasında "Report"un əməkdaşı da var. 

Son xəbərlər

Orphus sistemi