"Qara Yanvar dialoqu" kitabının təqdimat mərasimi keçirilib

"Qara Yanvar dialoqu" kitabının təqdimat mərasimi keçirilib Kitabda xatirələrlə yanaşı, bir sıra sənədlər də öz əksini tapıb
Media
15 Yanvar , 2015 15:47
Qara Yanvar dialoqu kitabının təqdimat mərasimi keçirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə və Şakir Yaqubovun müəllifi olduğu "Qara Yanvar dialoqu" kitabının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, deputat Musa Qasımlı, kitabın redaktoru Yusif Kərimov və 20 Yanvar faciəsinin canlı iştirakçısı olan jurnalistlər iştirak ediblər.

M.Süleymanzadə bildirib ki, 1990-cı il 20 Yanvar faciəsinin 25 illiyinə həsr edilmiş kitab Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunub: "O vaxt yanvar günlərində informasiya blokadası yaranmışdı, xalqımıza informasiya lazım idi. Biz bir qrup cəsur jurnalist bu informasiya blokunu yara bildik və 2 milyon tirajla “Səhər” qəzetinin matəm nömrəsini buraxdıq. 25 ildən sonra istədik ki, bu hadisələrlə bağlı xatirələrimizi bir daha cəmləşdirək".

O həmçinin qeyd edib ki, kitabda xatirələrlə yanaşı, bir sıra sənədlər də öz əksini tapıb: "Əlamətdar haldır ki, bu sənədlərin bir qismi ilk dəfədir dərc olunur".

Son xəbərlər

Orphus sistemi