“Publika.az” və “Teleqraf.com”un 5 yaşı tamam olur

“Publika.az” və “Teleqraf.com”un 5 yaşı tamam olur Hər iki saytın ad günüdür
Media
1 Mart , 2017 15:53
“Publika.az” və “Teleqraf.com”un 5 yaşı tamam olur

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün “Gündəlik Teleqraf” MMC-yə daxil olan “Teleqraf.com” və “Publika.az” xəbər saytlarının ad günüdür.

“Report” xəbər verir ki, hər iki saytın fəaliyyətə başlamasının 5 ili tamam olur.

“Teleqraf.com” saytının siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin, “Publika.az”-ın isə dünya, maraqlı, idman, layihələr, həmçinin nida.az, qırmızı.az, sringer.az, tabloid.az, ekopublika.az kimi bölmələri var.

“Report” İnformasiya Agentliyinin kollektivi “Gündəlik Teleqraf” MMC-də çalışan həmkarlarını və rəhbərliyini təbrik edir, onlara möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayır!

Son xəbərlər

Orphus sistemi