Yuxarı
    Bağlamaq

    ​MTRŞ yetkinlik yaşına çatmayanların əqli və mənəvi inkişafına ziyan vuran proqramlar üçün xüsusi qaydaların layihəsini təsdiq edib

    Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib

    Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

    Şuradan “Report”a verilən məlumata görə, iclasda “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən, “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb. 

    Eyni zamanda, “Türkel TV” MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılıb, “Türkel TV” MMC-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

    İclasda həmçinin “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın layihəsi təsdiq edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi