Professor Şirməmməd Hüseynovun kitabının təqdimati keçirilib

Professor Şirməmməd Hüseynovun kitabının təqdimati keçirilib Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub
Media
8 İyun , 2017 14:51
Professor Şirməmməd Hüseynovun kitabının təqdimati keçirilib

Bakı. 8 iyun. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) professoru Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" (Noyabr 1918-aprel 1920) adlı kitabının lll cildliyinin təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, yazıçılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Deputat Rafael Hüseynov 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərini bölüşüb. O, nəşr olunan kitabları Şirməmməd Hüseynovun "şah əsəri" adlandırıb: "O kitabları çox çətinliklə ərsəyə gətirib. Bu, çox böyük işdir. Parlament hesabatlarının mənzərəsi bu kitabda əks olunub. Bu kitab örnəkdir. Şirməmməd Hüseynov böyük bir abidə ucaldıb. Biz AXC qurucularına minnətdar olmalıyıq. Onlar bizə dövlət yaradıblar".

Mətbuat Şurasının sədri Əflatun Amaşov Ş.Hüseynovun müəllifi olduğu kitabı yüksək qiymətləndirib: "Şirməmməd Hüseynov həyatı boyu cümhuriyyətə xidmət edib. Onun etdiklərini yalnız bir institut bacara bilər".

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə deyib ki, kitabda AXC dövründə baş verənlər əksini tapıb: "Şirməmməd Hüseynov tarix yazıb, heç vaxt əyilməyib. Ona Prezident təqaüdü verilir, həmin pula kitablar hazırlayır, yenidən xalqa qaytarır".

Qeyd edək ki, kitabın transliterasiya redaktoru Şamil Vəliyev və Samir Xalidoğludur. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi