Prezident İlham Əliyev “İnformasiya əldə etmək haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “İnformasiya əldə etmək haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib Nazirlər Kabineti normativ hüquqi aktları həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir
Media
2 Noyabr , 2015 13:55
Prezident İlham Əliyev “İnformasiya əldə etmək haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya əldə etmək haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. 

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. 

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080; 2007, № 8, maddə 756; 2010, № 3, maddələr 171, 172; 2011, № 3, maddə 162, № 7, maddə 617; 2012, № 5, maddə 405, № 7, maddə 653; 2015, № 2, maddə 81) 2.4-1-ci maddəsinə “qərəzsizliyinin” sözündən sonra “, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin” sözləri əlavə edilsin".

Prezident İ.Əliyev “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi ilə bağlı sərəncam da imzalayıb. 

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan qanunlarının və Prezidentin aktlarının “İnformasiya əldə etmək haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. 

Nazirlər Kabineti özünün normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir. 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir. Həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnformasiya əldə etmək haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

Son xəbərlər

Orphus sistemi