Prezident Administrasiyasının şöbə müdirinin müavini: "Burada mətbuatın peşəkarlığı əsasdır, onun üzərinə böyük missiya düşür"

Prezident Administrasiyasının şöbə müdirinin müavini: "Burada mətbuatın peşəkarlığı əsasdır, onun üzərinə böyük missiya düşür" Ərəstun Mehdiyev: "Ölkə ilə bağlı prioritet məsələləri önə çıxarmalıyıq"
Media
10 İyul , 2015 12:22
Prezident Administrasiyasının şöbə müdirinin müavini: Burada mətbuatın peşəkarlığı əsasdır, onun üzərinə böyük missiya düşür

Bakı. 10 iyul. REPORT.AZ/ “Milli mətbuat sahəsində “Əkinçi” qəzetinin böyük rolu olub. Əminliklə deyə bilərəm ki, “Əkinçi”dən başlayaraq Azərbaycanın ailə dəyərləri, mədəniyyəti bu və ya digər dərəcədə müxtəlif dövrlərdə mətbuatda əksini tapıb. Məhz o dövrdən başlayaraq, mətbuatı izləsək, bunu açıq şəkildə görərik”.

“Report”un məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev “Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə bir sıra problemlərlə üzləşib: “Əsas problem dünyanın qloballaşması, informasiyanın sərhəd tanımaması mədəniyyətlərin inteqrasiyasına səbəb olub. Bu da istər-istəməz milli-mənəvi dəyərlərə təsir göstərir. Yəni, xalqın taleyində həlledici rola malik dəyərləri qoruyub saxlamalıyıq. Biz nələrisə mənimsəyirik, təbii ki, özümüzə lazım olanını götürməliyik. Bu yaxşı haldır, amma belə olan halda özümüzə xas olan bəzi xüsusiyyətləri də itiririk. Burada mətbuatın böyük rolu var. Milli-mənəvi dəyərlərin qorunmasında mətbuatın misilsiz rolu var”.

Ə.Mehdiyev qeyd edib ki, Azərbaycan torpaqları işğal altındadır, buna görə də mətbuat bu məsələdə həssas olmalıdır: “Hazırda müharibə şəraitində yaşayırıq. Ölkə ilə bağlı prioritet məsələləri önə çıxarmalıyıq. Gənclərin milli ruhda böyüməsi, işğalda olan ərazilərin azad olunması üçün imkanlarımızı səfərbər etməliyik. Burada mətbuatın peşəkarlığı əsasdır, onun üzərinə böyük bir missiya düşür. İndiyə qədər olduğu kimi bundan sonra da mətbuat işlərini yüksək səviyyədə davam etdirəcək. Biz buna əminik”.

Son xəbərlər

Orphus sistemi