​“Pensiyaçı” qəzeti fəaliyyətini dayandırıb

​“Pensiyaçı” qəzeti fəaliyyətini dayandırıb Qurumun ləğvi haqqında Nazirlər Kabineti qərar qəbul edib
Media
5 İyul , 2016 01:59
​“Pensiyaçı” qəzeti fəaliyyətini dayandırıb

Bakı. 5 iyul. REPORT.AZ/ Nazirlər Kabineti prezidentin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanının icrası ilə əlaqədar bəzi qərarların və onların struktur elementlərinin ləğv edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, qərara əsasən “Dövlət Sosial Müdafiə Fondunun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na daxil olan “Pensiyaçı” qəzeti Redaksiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin “Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında” 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarı da ləğv edilib.

Son xəbərlər

Orphus sistemi