Parlament jurnalistləri Şimal bölgəsində bayraq aksiyası keçiriblər

Parlament jurnalistləri Şimal bölgəsində bayraq aksiyası keçiriblər Jurnalistlər öncə Quba məzarlığını ziyarət ediblər
Media
10 Noyabr , 2017 09:49
Parlament jurnalistləri Şimal bölgəsində bayraq aksiyası keçiriblər

Bakı. 10 noyabr. REPORT.AZ/ Parlament Jurnalistləri Birliyi (PJB) Dövlət Bayrağı Günü münasibətilə ölkənin Şimal bölgəsində bayraq aksiyası keçirib. 

“Report”un məlumatına görə, tədbirdə birliyin 20-yə yaxın üzvü iştirak edib. 

Jurnalistlər öncə Quba məzarlığını ziyarət ediblər. PJB sədri Elşad Eyvazlı Quba Məzarlığı Müzeyində xatirə kitabına ürək sözlərini yazıb. 

Media nümayəndələri Quba, Qusar və Xaçmazda yerli sakinlərlə görüşərək onlara Azərbaycan bayrağı ilə bağlı məlumat veriblər.

E.Eyvazlı deyib ki, gənc nəsil bayraqla bağlı yaşlı nəslə nisbətən daha məlumatlıdır: “Xüsusilə, 10 yaşadək uşaqların bayraqla bağlı söylədikləri fikirlər, bayraq sevgisi jurnalistlərin ciddi marağına səbəb olub. Səfər zamanı jurnalistlər yerli sakinlərə bayraqlar hədiyyə ediblər".

Onun sözlərinə görə, PJB üzvlərinin bayraq günü ilə bağlı ölkənin ayrı-ayrı bölgələrinə səfəri artıq ənənə halını alıb: "Ötən il jurnalistlər bayraq gününü Balakən, Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında qeyd ediblər. 2015-ci ildə isə Goranboy, Göygöl və Gəncə şəhərlərində olub, yerli sakinlərlə görüşüblər. Növbəti illərdə də bu ənənə davam etdiriləcək".

Qeyd edək ki, media nümayəndələrinin səfəri 51 saylı Qusar seçki dairəsindən deputat seçilən Azər Badamovun, 52 saylı Quba seçki dairəsindən deputat seçilən Vahid Əhmədovun və 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilən Eldəniz Səlimovun dəstəyi, PJB-nin təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi