Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmi saytını yeniləməyə 20 min manat ayırıb

Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmi saytını yeniləməyə 20 min manat ayırıb Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmi saytı yenidən hazırlanacaq.
Media
23 İyul , 2019 17:26
Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmi saytını yeniləməyə 20 min manat ayırıb
Report

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmi saytı yenidən hazırlanacaq.

"Report" xəbər verir ki, bununla bağlı MBNP-nin elan etdiyi kotirovka sorğusunun qalibi müəyyənləşib.

Belə ki, qurum tərəfindən iyunun 4-də keçirilmiş "Palatanın rəsmi internet səhifəsinin yenidən hazırlanması" xidmətinin satın alınması üzrə kotirovka sorğusu üsulu ilə satınalmaya dair müsabiqədə "SF-Media" MMC 19.700 (on doqquz min yeddi yüz) manat məbləği ilə qalib elan olunub.

Qalib gəlmiş iştirakçı ilə iyulun 19-da müvafiq satınalma müqaviləsi imzalanıb.

Son xəbərlər

Orphus sistemi