Yuxarı
    Bağlamaq

    Pakistan mətbuatında "Metsamor" AES-in təhlükəsi ilə bağlı məqalə dərc olunub

    Ermənistan təhlükəli Metsamor AES-inin fəaliyyətini davam etdirməklə, region ölkələrini təhdid edir

    Bakı. 13 mart. REPORT.AZ/ Pakistanda nəşr edilən “Daily Legal Views” və “Election Times” qəzetlərində Mərkəzi Asiya respublikaları və Azərbaycan üzrə ekspert Mahmud Həsən Xanın “Ermənistanın atom proqramı: qlobal nəticəli regional təhlükəsizlik təhdidi” adlı məqaləsi dərc olunub.

    Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, müəllif məqalədə Ermənistanın vaxtı keçən və təhdidlərlə dolu atom enerjisi stansiyasının bir çox regional və beynəlxalq agentlik tərəfindən kəskin global nəticələrə malik regional təhlükəsizlik təhdidi elan edildiyini bildirib.

    Məqalədə oxucuların nəzərinə çatdırılıb ki, öz əhalisinin həyatını qorumaq istəyən region ölkələri - Azərbaycan, Türkiyə və Gürcüstan dəfələrlə Ermənistana təyziq edərək, bu vaxtı keçən AES-i dərhal bağlamağı tələb etsələr də, Ermənistan buna əhəmiyyət verməyərək beynəlxalq normaları pozmağa davam edir.

    "Yaponiyadakı "Fukuşima" AES-dəki qəzadan sonra, bütün dünyada atom enerjisinin təhlükəziliyi ilə bağlı həssaslığın artdığı bir zamanda, zəruri təhlükəzilik təchizatına malik olmayan "Metsamor" AES-i işlətməyə davam edən Ermənistanın bu hərəkətləri yaxından izlənməlidir. Digər bir məsələ isə, "Metsamor" AES-in daxili qoruyucu örtüyünün olmamasıdır ki, hər hansı qəza anında atom zərrəcikləri birbaşa atmosferə ötürüləcəkdir", - məqalədə bildirir.

    Ekspert onu da bildirir edir ki, yaxın keçmişdə Avropa İttifaqı "Metsamor" AES-in bağlanması prosesi üçün Ermənistana 289 milyon dollar yardım təklif etsə də, Ermənistan bunu rədd edib: "Bolqarıstanda tikilən 4, Slovakiyada 2, ümumilikdə 6 eyni köhnə model AES, bu ölkələrin Avropa İttifaqına qəbul şərti kimi bağlanıb".

    Məqalənin yekununda ekspert bu qənaətə gəlir ki, Ermənistan özünün vaxtı keçən və olduqca təhlükəli "Metsamor" AES-inin fəaliyyətini davam etdirməklə, region ölkələrini təhdid və şantaj etmək məqsədi daşıyır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi