Oxu.az saytının 4 yaşı tamam olur

Oxu.az saytının 4 yaşı tamam olur Xəbər saytı 2013-cü ildən fəaliyyət göstərir
Media
1 İyul , 2017 13:35
Oxu.az saytının 4 yaşı tamam olur

Bakı. 1 iyul. REPORT.AZ/ Oxu.az xəbər saytının yaradılmasından 4 il ötür.

"Report"un xəbərinə görə, Oxu.az saytı 2013-cü ildən fəaliyyət göstərir.

Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya müasir dizaynda tərtib olunan informasiya bloklarında fotoşəkil və videolarla təqdim olunmasıdır.

Düzgün seçilmiş informasiya siyasəti nəticəsində, bu gün Oxu.az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.

Oxu.az 24 saat ərzində Azərbaycan, rus və ingilis dillərində ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və video hesabatlar hazırlayır.

Dörd yaşının tamam olması münasibətilə Oxu.az saytının kollektivini və oxucularını təbrik edirik!

Son xəbərlər

Orphus sistemi