Ötən il 56 mətbu nəşr uçota götürülüb - HESABAT

Ötən il 56 mətbu nəşr uçota götürülüb - HESABAT Bakı. 5 mart. REPORT.AZ/ Ötən il Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin (KİV) sayı 5250-yə çatıb.
Media
5 Mart , 2019 14:15
Ötən il 56 mətbu nəşr uçota götürülüb - HESABAT

Bakı. 5 mart. REPORT.AZ/ Ötən il Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin (KİV) sayı 5250-yə çatıb.

”Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il 56 mətbu nəşr uçota götürülüb. Həmçinin, ötən il ərzində 2017-ci illə müqayisədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumlarının sayında artım olub. Belə ki, il ərzində qeydiyyata alınan qeyri-kommersiya qurumlarının sayı 169 təşkil edib.

Hazırda ölkədə qeyri-kommersiya qurumlarının sayı 4350 təşkil edir.

Son xəbərlər

Orphus sistemi