Ortaq Türk Telekanalının sınaq yayımlarına başlanılıb

Ortaq Türk Telekanalının sınaq yayımlarına başlanılıb "Kanalın adı hələlik bəlli deyil"
Media
2 Dekabr , 2014 15:40
Ortaq Türk Telekanalının sınaq yayımlarına başlanılıb

Bakı. 2 dekabr. REPORT.AZ/ “Ortaq Türk Telekanalının yaradılması təşəbbüsü cari ilin iyun ayında türkdilli dövlətlərin başçılarının Bodrumda keçirilən zirvə görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Artıq bununla bağlı koordinasiya qrupu yaradılıb”. “Report” xəbər verir ki, bunu TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının bu gün Bakıda keçirilən iclasında Türk Şurasının layihə direktoru Zamin Əliyev çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ilin oktyabr ayının sonunda koordinasiya qrupunun iclasında kanalın yaradılması barədə qərar qəbul olunub.

Kanalın strukturunun İdarə Heyəti, Direktorlar Şurası və redaksiya heyətindən ibarət olduğunu deyən layihə direktoru əlavə edib ki, telekanal həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək: "Telekanal “Əlcəzirə”, “Euronews” kimi beynəlxalq status daşıyacaq. Hazırda sınaq yayımları gedir və tezliklə telekanal fəaliyyətə başlayacaq”.

Z.Əliyev qeyd edib ki, kanalın maliyyə işini isə üzv dövlətlər həll edəcək: “Eyni zamanda quruma üzv ölkələrin birində kanalın ofisi də yerləşəcək. Artıq saziş layihəsi hazırlanır. Kanalın adı hələlik bəlli deyil. Ad və loqonun müəyyən edilməsi isə müsabiqə yolu ilə qəbul ediləcək. Bununla yanaşı, kanal geniş kütləyə xidmət edəcək. Həmçinin kanal veb-sayt üzərindən də yayımlanacaq”.

Son xəbərlər

Orphus sistemi