Yuxarı

Nuşirəvan Məhərrəmli: “ANS televiziyası azı bir ay bağlı qalacaq”

“ANS-in lisenziyasının qüvvəsinə xitam verilməsi barədə qərar qəbul etmişik”

“ANS-in lisenziyasının qüvvəsinə xitam verilməsi barədə qərar qəbul etmişik”

Bakı. 19 iyul. REPORT.AZ/ “Qanunvericiliyin bizə verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edərək “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il saat 18:30-dan etibarən bir ay müddətinə dayandırılması, xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul etmişik”.

Bunu “Report”a açıqlamasında Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

“Baş Prokurorluğun müraciətini nəzərə alaraq qərar verdik. Məsələ artıq hüquq müstəvisində həll olunacaq. Bu proses bir ay çəkəcək. Bu müddət ərzində ANS televiziyası bağlı qalacaq”, - N.Məhərrəmli əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi