Yuxarı
    Bağlamaq

    Nuşirəvan Məhərrəmli Almaniyada səfərdədir

    Nuremberq şəhərində EPRA-nın toplantısı keçiriləcək

    Bakı. 27 oktyabr.REPORT.AZ/ Oktyabrın 29-30-da Almaniyanın Nuremberq şəhərində Yayım Tənzimləyici Orqanlarının Avropa Platforması (European Platform of Regulatory Authorities – EPRA) forumunun 42-ci sessiyası keçiriləcək.

    Bu barədə "Report"a Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov (MTRŞ) məlumat verib.

    O, bildirilib ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli tədbirə qatılmaq üçün Almaniyaya gedib.

    Qeyd edək ki, 1995-ci ilin aprelində Maltada təsis olunan EPRA yayım sahəsində tənzimləyici orqanlar arasında fikir mübadiləsi və müzakirələr aparmaq, yayım qanunvericiliyinin təfsir və tətbiqində olan hüquqi problemlərin praktiki həllinin müzakirəsi və s. məqsədləri olan qeyri-formal bir forumdur.

    Avropanın 52 yayım tənzimləmə orqanı EPRA-nın üzvüdür. Avropa Komissiyası, Avropa Şurası, Avropa Audiovizual Rəsədxanası, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyi bu şəbəkənin daimi müşahidəçiləridir.

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 2007-ci ildən etibarən EPRA-nın üzvüdür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi