Növbəti iki ayda Azərbaycanda yeni telekanalın adı elan olunacaq

Növbəti iki ayda Azərbaycanda yeni telekanalın adı elan olunacaq Müsabiqə müddəti başa çatıb
Media
18 Dekabr , 2017 10:20
Növbəti iki ayda Azərbaycanda yeni telekanalın adı elan olunacaq
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna bu il noyabrın 16-dan dekabrın 16-dək elan edilmiş müsabiqə başa çatıb.

MTRŞ-dan “Report”a verilən məlumata görə, qeyd olunan müddətdə 3 iddiaçı – “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “MEDİA MASTER” MMC müsabiqəyə sənədlərini təqdim edib. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanunun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi