Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı: "Bəzi xarici dairələrin Azərbaycana qarşı apardığı kampaniyaya mətbuatımız layiqli cavab verir"

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurası jurnalistlər üçün birgə seminar təşkil edəcək

    Bakı. 14 iyul. REPORT.AZ/ “Bəzi xarici dairələrin Azərbaycana qarşı apardığı kampaniyaya mətbuatımız layiqli cavab verir. Dünyada Azərbaycan dövlətinin mövqelərinin möhkəmləndirilməsində mətbuatın rolu böyükdür. Biz mətbuatın bu istiqamətdə mövqeyini yüksək qiymətləndiririk”.

    “Report”un məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    O bildirib ki, I Avropa Oyunları zamanı xarici mətbuatda Azərbaycanla bağlı mənfi yazılar dərc edilib və bu yazılara ölkə mətbuatı layiqincə cavab verib: “Ümumiyyətlə, informasiya müharibəsində mətbuatımız Azərbaycana qarşı olan bəzi dairələrə layiqincə cavab verir. Biz jurnalistlərin bu işlərinə yüksək qiymət veririk. Bilirsiz ki, mətbuata ölkə rəhbərliyi səviyyəsində diqqət ayrılır”.

    M.Qurbanlı deyib ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurası jurnalistlər üçün seminar təşkil edəcək.

    O bildirib ki, bu ilin avqustunda keçiriləcək seminar 3 gün davam edəcək: “Seminarın məqsədi jurnalistlərin dini sahədə olan bilik və bacarıqlarının daha da artırılmasıdır. Seminarda din xadimləri iştirak edəcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi