​Mübariz Qurbanlı baş redaktorlarla görüşəcək

​Mübariz Qurbanlı baş redaktorlarla görüşəcək Qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətiriləcək
Media
16 Aprel , 2015 15:53
​Mübariz Qurbanlı baş redaktorlarla görüşəcək

Bakı. 16 aprel. REPORT.AZ/ Sabah Beynəlxalq Mətbuat Mərkəzində (BMM) kütləvi informasiya vasitələrinin rəhbərlərinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşü keçiriləcək. Bu barədə “Report”a Mətbuat Şurasından məlumat verilib.

“Milli-mənəvi və dini dəyərlər: tarixilik və müasirlik” mövzusundakı görüşdə Azərbaycan dövlətinin dinlə bağlı siyasətinin müxtəlif aspektlərinə aydınlıq gətiriləcək, ölkədə dini tolerantlığın vəziyyəti təhlil olunacaq, həmçinin mövcud istiqamətdə KİV-lər və jurnalist təşkilatlarının üzərinə düşən vəzifələr barədə söhbət açılacaq, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətiriləcək.

Qeyd edək ki, Mətbuat Şurası dövlət qurumlarının rəhbərlərinin media rəhbərləri ilə görüşlərini təşkil etməkdədir. Sonuncu belə görüş bu il aprelin 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə keçirilib.

Son xəbərlər

Orphus sistemi