Yuxarı

MTRŞ: Televiziyalar uşaq verilişlərinin sayını və keyfiyyətini artırmalıdı

Qurumda uşaq verilişlərinin vəziyyəti müzakirə olunub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın televiziya kanallarında yayımlanan uşaq verilişlərinin vəziyyəti müzakirə olunub. 

Bu barədə "Report"a MTRŞ-dən məlumat verilib.

Məlumatda bildirilib ki, müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Ombudsman Aparatının təmsilçiləri, televiziya kanallarının uşaq verilişləri üzrə məsul şəxsləri iştirak edib. 

Tədbirdə uşaq verilişlərinin vəziyyəti dəyərləndirilib, problemlərin həlli yolları araşdırılıb.

Müzakirələrin sonunda MTRŞ televiziyalara uşaq verilişlərinin sayını və keyfiyyətini artırmağı tövsiyə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi