​MTRŞ: Televiziya kanallarının zamana ehtiyacı var

​MTRŞ: Televiziya kanallarının zamana ehtiyacı var "Uşaq proqramlarının həcminin artırıldığı müşahidə olunur"
Media
4 Noyabr , 2015 12:12
​MTRŞ: Televiziya kanallarının zamana ehtiyacı var

Bakı. 4 noyabr. REPORT.AZ/ "Azərbaycan telekanallarında həftəlik yayımda uşaqlar üçün efir materiallarının həcminin artırılması istiqamətində irəliləyişlər müşahidə olunur".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib.

O bildirib ki, telekanalların uşaqlar üçün efir materiallarını artırması asan məsələ deyil: "Uşaq verilişlərinin hazırlanması üçün əsas problem maliyyə vəsaiti ilə bağlı olsa da,  bu son problem deyil. Çünki uşaqlar üçün yaxşı proqramlar hazırlamaq üçün peşəkar kadrlara da ehtiyac var. Telekanallarda bu problemlərin aradan qaldırılması üçün zamana ehtiyac var".

Qeyd edək ki, bir müddət əvvəl MTRŞ televiziya kanallarında uşaqlar üçün nəzərdə tutulan efir materiallarının vəziyyətini müzakirə etmişdi. Nəticədə məlum olmuşdu ki, bəzi telekanallar uşaq proqramları üçün çox az zaman ayırır. Bəziləri isə ümumiyyətlə uşaq proqramları hazırlamır, sadəcə xarici cizgi filmləri yayınlamaqla kifayətlənirlər.  

Son xəbərlər

Orphus sistemi