​MTRŞ telekanallarda dillə bağlı aparılan monitorinqin nəticələri ilə tanış olur

​MTRŞ telekanallarda dillə bağlı aparılan monitorinqin nəticələri ilə tanış olur Qurum monitorinqin məzmununa qarışmayacaq
Media
25 Noyabr , 2015 11:53
​MTRŞ telekanallarda dillə bağlı aparılan monitorinqin nəticələri ilə tanış olur

Bakı. 25 noyabr. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında ədəbi dilin normalarına necə əməl olunması ilə bağlı apardığı monitorinqlərin nəticələrini Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdim edib.

Bu barədə "Report"a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

O, hazırda MTRŞ əməkdaşlarının nəticələrlə tanış olduğunu, müəyyən təhlillər apardıqlarını deyib: "Hazırda bizə təqdim olunan monitorinqin nəticələri ilə tanış oluruq. Müəyyən təhlillər, qeydlər aparılır. MTRŞ da işini yekunlaşdırdıqdan sonra monitorinqin nəticələri cəmiyyətə təqdim olunacaq".

T.Məmmədov onu da vurğulayıb ki, MTRŞ Dilçilik İnstitutunun apardığı monitorinqlərin məzmununa qarışmaq niyyətində deyil və nəticələr olduğu kimi təqdim ediləcək.

Qeyd edək ki, telekanallarda dillə bağlı monitorinqlər sentyabr-oktyabr aylarını əhatə edib.  

Son xəbərlər

Orphus sistemi