Yuxarı
    Bağlamaq

    MTRŞ “Sevimli şou”ya görə “Space”ə xəbərdarlıq edib, ANS 161 min manat cərimələnib

    Milli Televiziya və Radio Şurasının iclası keçirilib

    Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan “Report”a verilən məlumata görə, iclasda “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar 09 dekabr 2011-ci il tarixdə tərtib edilmiş və “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 15, TR 16, TR 17, TR 18, TR 19, TR 20, TR 21, TR 22, TR 23, TR 24, TR 25, TR 26, TR 27 saylı, 10 dekabr 2015-ci il tarixdə tərtib edilmiş “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 28, TR 29, TR 30, TR 31, TR 32, TR 33, TR 34, TR 35 saylı, 11 dekabr 2015-ci il tarixdə tərtib edilmiş “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 36, TR 37, TR 38, TR 39, TR 40 saylı inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb.

    “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar “ANS Müstəqil Yayım və Media Şirkəti” Milli Televiziya və Radio Şurasının 12/1 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/2 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/3 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/4 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/5 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/6 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/7 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/8 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/9 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/10 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/11 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/12 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/13 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/14 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/15 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/16 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/17 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/18 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/19 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/20 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/21 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/22 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/23 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/24 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/25 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/26 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, ümumilikdə isə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə edilib.

    Şura iclasında, həmçinin “Space” televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilib, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda, bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. “Space” televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi