​MTRŞ sədri EPRA-nın 43-cü iclasında iştirak edib

​MTRŞ sədri EPRA-nın 43-cü iclasında iştirak edib Barselonda baş tutan tədbirdə aktual mövzular müzakirə olunub
Media
31 May , 2016 13:27
​MTRŞ sədri EPRA-nın 43-cü iclasında iştirak edib

Bakı. 31 may. REPORT.AZ/ İspaniyanın Barselona şəhərində Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 43-cü toplantısı keçirilib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov toplantıda iştirak edib.

Toplantıda 46 Avropa dövlətindən 50 audiovizual yayım tənzimləyici təşkilatının nümayəndələri, həmçinin Avropa Komissiyasının, ATƏT Media Azadlığı üzrə Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının nümayəndələri və ekspertləri iştirak etmişlər. Toplantıda “Açıq yayımlanan televiziya üçün gələcək varmı?”, “2015-ci il Ümumdünya kommunikasiya konfransından sonra spektrum məsələləri”, “Uyğunluq və qanuna riayət. Bu sahədə milli tənzimləyici orqanların siyasəti, strategiyası və metodları” mövzuları müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi