Yuxarı

MTRŞ sədri: "ANS televiziyası ilə bağlı məsələ bitib"

MTRŞ sədri: "ANS televiziyası ilə bağlı məsələ bitib"
© Report/Elchin Murad — MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli

"Baş Prokurorluğun məlumatının ANS televiziyasının fəaliyyətinin bərpası ilə bağlı yayılan məlumatlara heç bir aidiyyəti yoxdur".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, ANS haqqında sosial şəbəkələrdə məlumatların yayımlanması bu televiziyanın yenidən açılması məsələsinin gündəmdə olması anlamına gəlmir: "Məlumatlar sosial şəbəkədə yayılırsa, bu o demək deyil ki, bu məsələ gündəmdədir. Bakı Apelyasiya Məhkəməsi ANS televiziyası ilə bağlı qərarını verib və televiziyanın fəaliyyətinə xitam verilib. Bununla da ANS televiziyası ilə bağlı məsələ bitib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi