​MTRŞ rəsmisi: "Özəl televiziya kanallarının sosial reklamları pulsuz yayımlamaq kimi öhdəliyi yoxdur"

​MTRŞ rəsmisi: "Özəl televiziya kanallarının sosial reklamları pulsuz yayımlamaq kimi öhdəliyi yoxdur" "Sosial reklam vermək istəyən şəxs onun hazırlanması üçün ayrılan vəsaitdən yayımçılar üçün də məbləğ ayırmalıdır"
Media
2 İyun , 2016 13:26
​MTRŞ rəsmisi: Özəl televiziya kanallarının sosial reklamları pulsuz yayımlamaq kimi öhdəliyi yoxdur

Bakı. 2 iyun. REPORT.AZ/ "Özəl televiziya kanallarının sosial reklamları pulsuz yayımlamaq kimi öhdəliyi yoxdur".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov bildirib.

O deyib ki, "Reklam haqqında" qanuna görə, mülkiyyət hüququndan asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının ən azı 8 faizini sosial reklam üçün ayırmağa borcludurlar: "Sosial reklamlar yalnız dövlət büdcəsindən maliyyələşən yayımçılar tərəfindən ödənişsiz yayımlanır və digər özəl yayımçılar başqa reklamlar kimi sosial reklam üçün də haqq tələb etmək hüququna malikdirlər. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 09.00-dan 00.00-a qədər olan müddət ərzində yayımlanmalıdır. Sosial reklamın reklamvericinin reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti ilə, habelə reklam istehsalçısı, yaxud reklam agentinin reklam yayıcısı ilə münasibətləri müqavilə ilə tənzimlənir. Sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz yayımlanır. Televiziya və radioda yayımlanan sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir".

T.Dadaşov vurğulayıb ki, bəzən sosial reklam vermək istəyənlər telekanallara müraciət etdikləri zaman onların bu məsələnin TV-nin reklam xidməti ilə danışmalarını istəməsindən şikayət edirlər: "Əslində, özəl yayımçıların bu şərti doğrudur və sosial reklam təqdim etmək istəyən şəxs onun hazırlanması üçün ayrılan vəsaitdən reklamı yayımlayacaq TV-lər üçün də məbləğ ayırmalıdır". 

Son xəbərlər

Orphus sistemi