MTRŞ-nın şöbə müdiri: "Bədii şuraların səmərəli fəaliyyəti efirdə neqativ halların, bayağılığın qarşısını ala bilər"

MTRŞ-nın şöbə müdiri: "Bədii şuraların səmərəli fəaliyyəti efirdə neqativ halların, bayağılığın qarşısını ala bilər" Bakı. 6 mart. REPORT.AZ/ “Yayımçıların tərkibində effektiv fəaliyyət göstərən Bədii şuraların olmasında Milli Televiziya və Radio Şurası maraqlıdır. Çünki Bədii şuraların səmərəli fəaliyyəti efirdə baş verən bir sıra neqativ halların, bayağılığın qarşısını ala bilər”.
Media
6 Mart , 2019 14:12

Bakı. 6 mart. REPORT.AZ/ “Yayımçıların tərkibində effektiv fəaliyyət göstərən Bədii şuraların olmasında Milli Televiziya və Radio Şurası maraqlıdır. Çünki Bədii şuraların səmərəli fəaliyyəti efirdə baş verən bir sıra neqativ halların, bayağılığın qarşısını ala bilər”.

Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, əslində, bir çox özəl yayımçının tərkibində bu cür şuralar formal da olsa var: “Lakin onların aktiv fəaliyyətinə şahid olmuruq. Bu da aydındır, çünki bu şuraların aktiv fəaliyyəti ilə kanalların reytinq, reklam uğrunda mübarizəsi arasında tərs mütənasiblik var. Bu mənada özəl yayımçılar üçün vəziyyət bir qədər fərqlidir”.

Hazırda MTRŞ-nın efirdə bədii şuraların aktiv fəaliyyəti və həmçinin ümumilikdə milli efir məkanında mövcud olan problemlərin aradan qaldırılması üçün kanallar arasında koordinasiyanının təmin edilməsinə çalışdığını deyən T.Dadaşov bildirib ki, bu koordinasiyanın olmadığı bir şəraitdə efir məkanında vahid prinsiplər müəyyənləşdirilməsi alınmır: “Məsələn, bayağı mahnılar ifa edən bir müğənnini hansısa kanal qapısından geri qaytarırsa, digəri ona reytinq üçün və yaxud da başqa məqsədlərə görə efir verir. Gələn dəfə məcbur olub həmin müğənnini geri qaytaran kanal da onu efirə buraxır. Beləliklə, efirdə bayağılıq artır, verilişlərin səviyyəsi aşağı düşür. Bu, reklam və sponsor məsələlərinə də aiddir". 

"Koordinasiya olmadıqda reklamverənlər yayımçılara öz şərtlərini diqtə edirlər. Göründüyü kimi, milli efirimizin hazırkı problemlərinin kökündə reytinq yarışı dayanır. Çox təəssüf ki, yayımçılar reytinq yüksəltməyin asan yolunu seçirlər. Bu yol ucuz qalmaqallardır. Belə ki, cəmiyyətdə, sosial şəbəkələrdə istənilən məsələ ilə bağlı qalmaqalla gündəmə gəlmiş “fenomen” qısa müddətdə kanalların da ən “sevilən” qonağına çevrilir. Bütün bunlar onu göstərir ki, yayımçılar özləri bu məsələdə qətiyyətli iradə nümayiş etdirmək niyyətində deyillər və bu, problemin həllinə MTRŞ-nın müdaxiləsini zərurətini ortaya qoyur”, - şura rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi