Yuxarı

​MTRŞ-nın sədr müavini: “Uşaq telekanalının fəaliyyətə başlaması üçün zamana ehtiyac var”

“MTRŞ telekanallarda uşaq verilişlərinin sayının daha da artmasına, daha keyfiyyətli verilişlər hazırlanmasına çalışır”

Bakı. 9 iyun. REPORT.AZ/ "Uşaq telekanalının fəaliyyətə başlaması üçün zamana ehtiyac var".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın efir məkanında uşaqlar üçün televiziya kanalı açılsa, onu maliyyəşdirən müəssisə tapılmayacaq: "MTRŞ telekanallarda uşaq verilişlərinin sayının daha da artmasına, daha keyfiyyətli verilişlər hazırlanmasına çalışır. Son zamanlar uşaqlar üçün hazırlanan verilişlərin sayında artım müşahidə olunur, telekanallarda maraqlı verilişlər ortaya çıxıb".

Q.Cəbiyev uşaqların Türkiyə televiziya kanallarını izlədiyi üçün türk dilində danışması məsələsinə də münasibət bildirib: "Azərbaycanın dövlət dili əsasdır və azərbaycanlı olduğumuzu göstərən başlıca amil dilimizdir, yəni ilk növbədə dilimizi yaxşı bilməliyik. Biz həm də türk olduğumuzdan uşaqların Türkiyə türkcəsini də əlavə olaraq öyrənməsində heç bir narahatlıq görmürəm. Nizami küçəsində yarı rusca, yarı Azərbaycan dilində qarışıq danışanlardansa, türk dilində danışmaq yaxşıdır".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi