​MTRŞ-nın sədr müavini: “Televiziyalarda efirə gedən reklamların mətnində qüsurlar var”

​MTRŞ-nın sədr müavini: “Televiziyalarda efirə gedən reklamların mətnində qüsurlar var” "Başqalarının nöqsanlarını deyən qurum reklam sahəsində qüsurlara yol verirsə, bu bağışlanmazdır"
Media
10 Noyabr , 2015 12:29
​MTRŞ-nın sədr müavini: “Televiziyalarda efirə gedən reklamların mətnində qüsurlar var”


Bakı. 10 noyabr. REPORT.AZ/ “Reklam televiziyaların çörək ağacıdır. Burada söhbət təbii ki, özəl televiziya və radiolardan gedir. Çünki onlar reklamdan əldə etdikləri gəlirin müəyyən hissəsini dövlət büdcəsinə keçirir. Ona görə də reklam sahəsində özəl yayımçıların rolu böyükdür”. "Report" xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev reklam bazarının tənzimlənməsinə dövlət nəzarəti və özünütənzimləmə təşkilatlarının fəaliyyətinə həsr edilən konfransda çıxışında deyib.

Onun sözlərinə görə, MTRŞ hər zaman televziyalarda reklam fəaliyyətinə xüsusi diqqət yetirir: “Əsas diqqətimizi reklamın qanunvericiliyə uyğun şəkildə təşkil olunmasına yönəldirik. Bildiyimizə görə, reklamların efir vaxtı 12 dəqiqədən artıq ola bilməz. Veriliş vaxtı isə 45 dəqiqədən tez reklam efirə gedə bilməz. Televiziyalar üçün bu məcburi və vacib məsələdir. Qaydalar pozulduqda isə şura tərəfindən sanksiyalar tətbiq olunur”.

Televiziyalarda efirə gedən reklamların mətnində müəyyən qüsurların olduğunu vurğulayan Q.Cəbiyev qeyd edib ki, bu hallara efirdə tez-tez rast gəlinir: “Televiziyalarda və radiolarda reklam fəaliyyətində qüsurlar dərhal gözə çarpır. Baxmayaraq ki, auditoriya üçün əsas proqramlardır, ancaq reklam üçün tələb olunan bölgülər düzgün aparılmayanda insanlar narazı qalırlar. Ona görə də televiziyalar reklam işinin təşkilini daima diqqət mərkəzində saxlamalıdırlar. Eyni zamanda, başqalarının nöqsanlarını deyən qurum reklam sahəsində qüsurlara yol verirsə, bu bağışlanmazdır. Şuranın da əsas istəyi bu sahədə qəbul olunan qanunvericiliyə ciddi əməl olunmasıdır".

Son xəbərlər

Orphus sistemi