​MTRŞ-nın “Lider” TV-yə qarşı qaldırdığı iddia üzrə məhkəmə təxirə salınıb

​MTRŞ-nın “Lider” TV-yə qarşı qaldırdığı iddia üzrə məhkəmə təxirə salınıb Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib
Media
30 Noyabr , 2015 18:13
​MTRŞ-nın “Lider” TV-yə qarşı qaldırdığı iddia üzrə məhkəmə təxirə salınıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı qaldırdığı iddia üzrə keçirilməli olan məhkəmə iclası təxirə salınıb.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasın təxirə salınmasına səbəb televiziya kanalının müdafiəçisinin məhkəmədə iştirak etməməsi olub.

Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.

Qeyd edək ki, keçən ilin sonunda MTRŞ “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq edib. Belə ki, MTRŞ İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1 (yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulması), 187-1.0.4 (texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına və ya reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına və ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) iki maddəsini əsas tutaraq şirkətə rəsmi xəbərdarlıq etdiyini elan edib

“Lider” TV xəbərdarlıqla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan MTRŞ apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi