Yuxarı

​MTRŞ-nın ANS-ə qarşı 168 min manatlıq iddiası üzrə məhkəmənin vaxtı açıqlanıb

İşə hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxılacaq

Bakı. 21 may. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçiriləcək məhkəmə iclasının vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçiriləcək proses iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin qarşılıqlı iddianı baxılmaq üçün qəbul etməyib. Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi ANS-in apellyasiya şikayətini təmin etməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu dəfə ANS həmin qərardaddan kassasiya şikayəti verib. Ali Məhkəmə də ANS-in kassasiya şikayətini təmin etməyib. İşə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində yenidən baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi