Yuxarı

MTRŞ Mirşahin Ağayevin verilişinin yayımını dayandırıb

Şuranın iclası keçirilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib.

İclasda ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb.

ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığı, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyi, faktlar və hadisələrin ədalətli şərh olunmadığı, birtərəfliliyə yol verildiyi nəzərə alınaraq, “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.

Qeyd edək ki, “Hesabat” verilişinin müəllifi Mirşahin Ağayevdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi