Yuxarı

MTRŞ: "Lider" televiziyasının "Çıxış yolu" verilişinin formatı dəyişdirilib və yayımı bərpa olunub

Toğrul Məmmədov: MTRŞ-nın verdiyi tövsiyələrin nəzərə alınması əsasdır

Bakı. 22 dekabr. REPORT.AZ/ "Lider" televiziyasının "Çıxış yolu" verilişinin yayımı bərpa olunub.

Bu barədə "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, verilişin adı olduğu kimi saxlanılıb, formatında isə dəyişiklik edilib: "MTRŞ-nın verdiyi tövsiyələrin nəzərə alınması əsasdır".

Qeyd edək ki, "Çıxış yolu" verilişinin yayımı bir müddət əvvəl efirdə qeyri-etik ifadələr səsləndirildiyinə görə dayandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi