MTRŞ koronavirusla bağlı televiziyalara müraciət etdi

MTRŞ koronavirusla bağlı televiziyalara müraciət etdi Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımının fasiləsizliyinin təmin olunması üçün yayımçılara müraciət edib.
Media
27 Mart , 2020 13:59
MTRŞ koronavirusla bağlı televiziyalara müraciət etdi
0 : 00
0 : 00

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımının fasiləsizliyinin təmin olunması üçün yayımçılara müraciət edib.

MTRŞ-dan "Report"a bildirilib ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasının ölkəmizdə geniş yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixindən elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhaliyə xüsusi zərurət olmadıqda evdən çıxmamaq tövsiyə olunub:

"Bu virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün teleradio yayımçılarına, o cümlədən, kabel şəbəkəsi və İPTV operatorlarına əhalinin maarifləndirilməsi və bu məsələnin daim diqqətdə saxlanılması məqsədilə onlara teleradio yayımı sahəsində göstərdikləri xidmətlərin fasiləsizliyini təmin etmələrini tövsiyə edir".

Son xəbərlər

Orphus sistemi