Yuxarı

ANS-in MTRŞ-ya qarşı daha bir məhkəmə iddiası təmin edilib

İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

“Report"un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub və Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib.

İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 05 oktyabr 2015-ci il tarixli 9/2 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 12 apellyasiya şikayətinə baxılıb. Həmin şikayətlər üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi