Yuxarı
    Bağlamaq

    ​MTRŞ bəzi televiziya və radiolara xəbərdarlıq edib

    Space, Xəzər televiziyalarının, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM radiolarının proqram üzrə məsul şəxsləri MTRŞ-ya çağırılıb

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Space" və "Xəzər" televiziyalarının, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM radiolarının proqram üzrə məsul şəxsləri dekabrın 7-də Milli Televiziya və Radio Şurasına (MTRŞ) çağırılıb. 

    MTRŞ-dan "Report"a verilən məlumata görə, televiziya və radioların nümayəndələrinə dekabrın 6-da Azərbaycanda matəm günü olmasına baxmayaraq, efirə reklam verdiklərinə görə irad tutulub, müvafiq tövsiyələr verilib.

    Qurumdan bildirilib ki, “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə dekabrın 6-sı ölkə ərazisində matəm günü elan edilib: "Matəm günündə "Space" TV, "Xəzər" TV, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM tərəfindən "Reklam haqqında" qanunun 20.8-ci maddəsinin tələbləri pozulub, yayımçılar tərəfindən reklam blokları yayımlanıb". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi