Yuxarı

​MTRŞ: Bəzi radioların fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb

Qafar Cəbiyev: Qanun pozuntuları daha çox reklam yayımı ilə bağlıdır

Bakı. 16 dekabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqini aparır.

MTRŞ-nın sədr müavini Qafar Cəbiyev "Report"a bildirib ki, bəzi radioların fəaliyyətində çoxsaylı və ciddi qanun pozuntuları aşkarlanıb.

Qanun pozuntularının daha çox reklam yayımı ilə bağlı olduğunu deyən Q.Cəbiyev deyib ki, yaxın günlərdə bu məsələ ilə bağlı şurada iclas keçiriləcək. İclasdan sonra monitorinqin nəticələrini ictimaiyyətə açıqlayacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi