​MTRŞ-ın şöbə müdiri: "Aparıcılar maksimum diqqətli olmalı, işlətdikləri hər kəlməyə fikir verməlidirlər"

​MTRŞ-ın şöbə müdiri: "Aparıcılar maksimum diqqətli olmalı, işlətdikləri hər kəlməyə fikir verməlidirlər" "Bəzi aparıcıların öz peşəkarlığını, ekstremal situasiyalara hazırlıq səviyyələrini artırmağa ehtiyacı var"
Media
21 May , 2015 14:02
​MTRŞ-ın şöbə müdiri: Aparıcılar maksimum diqqətli olmalı, işlətdikləri hər kəlməyə fikir verməlidirlər

Bakı. 21 may. REPORT.AZ/ "Cəmiyyət və ölkə miqyasında həssas mövzulardan bəhs edərkən aparıcılar maksimum diqqətli olmalı, işlətdikləri hər kəlməyə fikir verməlidirlər. Çünki onlar milyonlarla tamaşaçının önünə çıxırlar". "Report" xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

O qeyd edib ki, aparıcıların işlətdiyi hər bir ehtiyatsız ifadə belə həssas məqamda qıcığa səbəb ola bilər: "Lakin inandırıcı deyil ki, ATV-nin "Gündəlik" verilişinin aparıcısı faciədə yaxınlarını itirmiş insanları qıcıqlandırmaq üçün həmin ifadələri işlətsin. Düşünmək olar ki, o, öz imkanları daxilində bir növ cəmiyyətdə baş vermiş faciənin geniş panikaya çevrilməsinin qarşısını almaq niyyəti güdürmüş, lakin bunu ifadə edərkən müəyyən qədər ehtiyatsız ifadələrdən istifadə edib".

T.Dadaşov qeyd edib ki, aparıcı ATV-nin bugünkü efirində digər verilişdəki davranışı ilə də müəyyən anlaşılmazlıq olduğunu nümayiş etdirib: "Məsləhət kimi çıxmasın, amma yaxşı olardı ki, elektron informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri bir aparıcının qeyri-korrekt danışığını çox da ciddiyə alıb müzakirəyə çevirməsinlər. Çünki bu, cəmiyyətdə emosiyaların daha da qızışmasına səbəb ola bilər. Ümumiyyətlə, bu hal bir daha göstərir ki, bəzi aparıcıların öz peşəkarlığını, ekstremal situasiyalara hazırlıq səviyyələrini artırmağa ehtiyacı var".

Son xəbərlər

Orphus sistemi