Yuxarı

MTRŞ beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib - SİYAHI

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan “Report”a verilən məlumata görə, iclasda “Eurosel” MMC, “Smart System technology” MMC, “Alfanet” MMC, “Enginet” MMC və “GSP” MMC-nin kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet) xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

Milli Televiziya və Radio Şurası tərəfindən “Eurosel” MMC, “Smart System technology” MMC, “Alfanet” MMC, “Enginet” MMC və “GSP” MMC-yə 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi