​MTRŞ bayram günlərində yayımlanan verilişlərin monitorinqinin ilkin nəticəsini açıqlayıb

​MTRŞ bayram günlərində yayımlanan verilişlərin monitorinqinin ilkin nəticəsini açıqlayıb Şöbə müdiri: "Ciddi qanun pozuntusu aşkarlanmayıb"
Media
28 Mart , 2016 12:32
​MTRŞ bayram günlərində yayımlanan verilişlərin monitorinqinin ilkin nəticəsini açıqlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda Novruz bayramı münasibətilə elan olunmuş tətil günlərində televiziya kanallarının efirində ciddi qanun pozuntuları aşkarlanmayıb.

Bu barədə "Report"a Milli Televiziya və Radio Şurası (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məlumat verib.

O bildirib ki, MTRŞ-nın monitorinq qrupu tətəfindən bayram günlərində yayımlanan verilişlərlə bağlı ümumi müşahidələr aparılıb: "Bayram tətili günlərində telekanalların yayımladığı verilişlərlərlə bağlı ümumi müşahidələr aparılıb. Cüzi nöqsanlar olsa da, ciddi qanun pozuntuları aşkarlanmayıb. Tətil günlərində telekanallar rəngarəng proqramlar təqdim edib. Milli filmlərimizə, bayram konsertlərinə geniş yer verilib".

T.Dadaşov bayram günlərinin efiri ilə bağlı müşahidələrinin davam etdiyini də vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi